22 
Noy
2018
17:39
19
136
9056
Virtual karabakh

Ermənistan XİN rəhbəri Qarabağ məsələsində güzəştlər barədə

Zaman-zaman Ermənistanda hökumətin güzəştə getməyə hazırlaşması ilə bağlı danışıqlar gedir. Bu söhbətlərdə katalizator rolunu Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dünya liderlərinin hər hansı bir bəyanatları oynayır.

Bundan əvvəl ABŞ prezidenti azərbaycanlı həmkarı İlham Əliyevə Respublika günü münasibəti ilə göndərdiyi təbrik məktubunda bu məsələyə toxunub. Belə bəyanatları yalnız dialoq mühitinin formalaşmasına kömək edən funksiya kimi qəbul etmək lazımdır.

Bu fikirləri “Aravot” qəzetinə müsahibəsində Ermənistan xarici işlər nazirinin vəzifələrini icra edən Zoqrab Mnatsakanyan deyib. 

Onun sözlərinə görə, ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində daha bir görüşün keçirilməsi gözlənilir. 

Mnatsakanyan Düşənbədə Nikol Paşinyan və İlham Əliyevin ayaqüstü görüşü zamanı əldə edilən razılaşmanın vacibliyini qeyd edib. 

Ə.Ş.
www.oxu.az

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri