23 
Noy
2018
14:31
50
23
3809
Virtual karabakh

RF Jurnalistlər Birliyinin katibi Rusiya KİV-də Qarabağ məsələsi barədə

Rusiyada bir çox gənc jurnalistlər Qarabağ probleminin varlığı barədə belə məlumatsızdır. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında Rusiya Jurnalistlər Birliyinin katibi Rafael Hüseynov deyib. 

Onun sözlərinə görə, təkcə Azərbaycan və ya Ermənistan tarixini deyil, həmçinin Rusiya tarixini pis bilən yeni nəsil yetişib. 

“Rusiya KİV-də “Dağlıq Qarabağ Respublikası” ifadəsinin dırnaqsız yazılması və bunun tanınmamış olmasının xatırlanması bilgisizlikdən irəli gəlir. Bəzən bu, məqsədli təxribat olur”, - katib deyib. 

Müsahibimiz bildirib ki, əvvəllər insanlar bu məsələyə xüsusi diqqət yetirir, Ermənistan və Azərbaycan tərəfinə danışmaq imkanı verirdilər. 

“Mən “Trud” qəzetinin baş redaktorunun müavini, “Komsomolskaya pravda”da siyasət şöbəsinin rəhbəri olmuşam. Redaksiya təxribatçı fikirli kəskin yazılara yol vermirdi. Təəssüf ki, Yeltsin Rusiyasında hər şey dəyişdi. Əhalinin aldadılması baş verdi”, - R.Hüseynov qeyd edib.

Ə.Ş.
www.oxu.az

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri