27 
Noy
2018
21:25
316
60
11600
Virtual karabakh

Paşinyan: Serj Sarkisyan Qarabağı təslim etməyə hazırlaşırdı

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar Partiyasını vaxtilə Dağlıq Qarabağın təslim edilməsi siyasəti yürütdüyünü bəyan edib. 

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bunu sözügedən partiyanın nümayəndələrinin hazırkı hökumətə qarşı analoji ittihamlarına cavab olaraq bildirib.

“Hökumətimiz Qarabağ problemini vətəndaşların istədiyi kimi həll etmək istəyir. Əgər bundan sonra da Ermənistan Respublikaçılar Partiyası deyir ki, hökumət Qarabağ təslim etmək istəyir, deməli onlar Qarabağın təslim edilməsində xalqı günahlandırır. Bunu Qarabağın təslim edilməsinə yönəlik siyasət yürüdən Serj Sarkisyanın rəhbərlik etdiyi partiyanın nümayəndələri deyirlər”, - deyə o, Lori rayonunda seçki öncəsi görüş zamanı vurğulayıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri