28 
Noy
2018
18:09
64
179
10739
Virtual karabakh

“Yandex” Azərbaycana qarşı təxribatı aradan qaldırdı - YENİLƏNİB + VİDEO

28 Noy, 2018
18:09
10739

“Yandex” Azərbaycana qarşı təxribatı aradan qaldırdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan mətbuatında “Yandex” şirkətinin ölkəmizə qarşı təxribat xarakterli səs yazısı ilə bağlı materiallar dərc edildikdən sonra, şirkət problemi aradan qaldırıb.

Oxu.Az-ın xəbərinə görə, “Yandex” şirkətinin səsli köməkçisi sayılan “Alisa”nın azərbaycanlılarla bağlı verdiyi cavab proqramdan silinib.

17:14

“Yandex” şirkətinin səsli köməkçisi sayılan “Alisa”nın azərbaycanlılarla bağlı verdiyi cavab sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Oxu.Az xəbər verir ki, videoda kişinin rus dilində “Azərbaycanlılar kimlərdir?” sualını səsləndirdiyi görünür. 

Proqram cavab verir:

“Azərbaycan erməni, fars, gürcü və ləzgi torpaqlarında süni şəkildə yaradılmış dövlətdir. Bu dövlət bolşeviklər və Türkiyə tərəfindən ermənilərin tamamilə məhv edilməsi üçün yaradılıb. Azərbaycanlılar xalq kimi 1936-cı ildə peyda olub...”

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri