Dek
2018
12:35
96
46
6658
Virtual karabakh

Zaxarova: Milanda Qarabağla bağlı bəyanatın razılaşdırılması planlaşdırılır

5 Dek, 2018
12:35
6658

Zaxarova: Milanda Qarabağla bağlı bəyanatın razılaşdırılması planlaşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatın razılaşdırılması planlaşdırılır.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

“Bu gün, dekabrın 5-də Milanda ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin səlahiyyətini icra edən Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcək. Qarabağla bağlı bəyanatın razılaşdırılması planlaşdırılır”, - Zaxarova bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri