Dek
2018
20:27
412
52
11354
Virtual karabakh

Müdafiə naziri cəbhə zonasında – FOTO\VİDEO

5 Dek, 2018
20:27
11354

Müdafiə naziri cəbhə zonasında – FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti bir sıra hərbi təyinatlı obyektlərə baş çəkib.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ön xətdə yerləşən tank hərbi hissəsinin açılışında iştirak edən nazir burada yaradılan şəraitlə tanış olub və müvafiq göstərişlər verib.

Yeni tikilən inzibati və xidməti obyektlərə, həmçinin burada saxlanılan hərbi texnikalara baxış keçirən Z. Həsənov tank heyətlərinin hazırlığını yoxlayıb və zirehli texnikanın döyüş tətbiqi ilə bağlı tapşırıqlar verib.

Sonda müdafiə naziri tankçılarla birgə nahar edib.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri