10 
Dek
2018
21:34
343
28
7261
Virtual karabakh

Naxçıvanda xüsusi təlimlər keçirildi - FOTO

10 Dek, 2018
21:34
7261

Naxçıvanda xüsusi təlimlər keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib.

Oxu.Az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda təlimlərdə bölmələrin həyəcan siqnalı ilə qaldırılması, şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri, məsrəf olunmuş raketlərin yenisi ilə doldurulmasının məşq etdirildiyi bildirilib.

Təlimlərə hava düşmənini təqlid etmək üçün aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin hava hücumundan müdafiə bölmələri praktiki atışları icra ediblər.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri