17 
Dek
2018
16:24
267
38
7674
Virtual karabakh

Erməni hüquqşünas: Yerevan Qarabağ məsələsi üzrə uğursuz siyasət aparır

17 Dek, 2018
16:24
7674

Erməni hüquqşünas: Yerevan Qarabağ məsələsi üzrə uğursuz siyasət aparır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni tərəfi hələ də Qarabağ məsələsi ilə bağlı uğursuz siyasət aparır. 

Oxu.Az news.am portalına istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında erməni hüquqşünas Larisa Alaverdyan deyib. 

Onun sözlərinə görə, bunun bariz nümunəsi beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanımasıdır. 

“Ermənistan tərəfi öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün heç nə etmir. Hətta aprel döyüşlərdən üç il keçməsinə baxmayaraq, biz Azərbaycana hüquqi tələblərimizi ifadə edə bilməmişik”, - hüquqşünas əlavə edib. 

O qeyd edib ki, erməni reallığında bu gün iki mövqe var, bunların reallaşması status-kvonun dəyişməsinə və regionda gərginliyin artmasına səbəb olacaq. 

“Əgər Levon Ter-Petrosyan ərazilərin geri qaytarılmasını istəyirdisə, “Sasna tsrer” partiyası Qarabağın Ermənistana bilərşdirilməsini istəyirdi. Hər iki mövqe regionda status-kvonun dəyişməsinə və münaqişənin qızışmasına səbəb olacaq. Qalan siyasi qüvvələr isə Ermənistan XİN-in mövqeyini səsləndirir”, - o bildirib. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri