17 
Dek
2018
18:31
659
17
6393
Virtual karabakh

Qarabağda erməni əsgəri minaya düşdü

17 Dek, 2018
18:31
6393

Qarabağda erməni əsgəri minaya düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni işğalçı ordusunun əsgəri Gevorq Ovanisyan Qarabağda minaya düşüb.

Oxu.Az “Novosti Armeniya”ya istinadən məlumat verir ki, yaralı əsgər Ermənistan DİN-in Yerevandakı Mərkəzi Klinik xəstəxanasına çatdırılıb.

Hərbi hospitaldan bildirilib ki, hərbçinin sol ayaq pəncəsi və sifətinin sol yarısı yaralanıb. Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Xatırladaq ki, artıq bu gün gözündən güllə yarası alan sıravı Rafik Vaqanyan işğal edilmiş Qarabağdan Yerevana çatdırılıb. 

Qeyd edək ki, son üç gün ərzində Qarabağdan Yerevan hospitalına müxtəlif dərəcəli yaralar almış dörd erməni hərbçisi çatdırılıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri