28 
Dek
2018
16:41
308
22
9464
Virtual karabakh

Azərbaycanda yaradılan tank topları sınaqdan keçirilib - FOTO

28 Dek, 2018
16:41
9464

Azərbaycanda yaradılan tank topları sınaqdan keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatının poliqon sınaqları keçirilib.

Bu barədə  Oxu.Az-a nazirlikdən məlumat verilib.

Müdafiə Sənayesi Nazirliyinin mütəxəssislərinin və Müdafiə Nazirliyinin döyüş texnikası və şəxsi heyətinin iştirakı ilə aparılan sınaqlarda 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatının ballistik xüsusiyyətlərinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrin istismarında olan müasir T-90C tipli tankdan atışlar keçirilib və müsbət nəticə əldə edilib.

Yüksək dağıdıcı qüvvəyə malik 125 millimetrlik artırılmış qüvvəli qəlpəli-fuqaslı mərmili atəş yığımı Silahlı Qüvvələrin arsenalında olan T-72, T-90C tipli tanklarda quraşdırılan 125 millimetrlik tank topundan atəş aparmaq üçün istifadə olunur.

Atəş yığımı düşmənin canlı qüvvəsinə, səhra tipli istehkam qurğularına, artilleriya, minaatan, raket qurğularının atəş mövqelərinə və müxtəlif növ atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

Atəş yığımının praktiki mərmili variantı ilə keçirilən sınaqların nəticələrinə görə, döyüş sursatının yüksək ballistik xüsusiyyətlərə malik olması, etibarlılığı və xidməti davranma zamanı təhlükəsizliyi tam təsdiq edilib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri