Yan
2019
15:10
20
223
5210
Virtual karabakh

Məmmədyarov və Mnatsakanyan yanvarda görüşə bilər

8 Yan, 2019
15:10
5210

Məmmədyarov və Mnatsakanyan yanvarda görüşə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin dekabrında Milanda Elmar MəmmədyarovZöhrab Mnatsakanyan arasındakı görüşdən sonra Ermənistan və Azərbaycan XİN rəhbərlərinin bu ilin yanvarında görüşəcəyi ilə bağlı anons verilib. Belə bir görüş olacaqmı? Yanvarın 8-i olmasına baxmayaraq, bu barədə dəqiq informasiyalar yoxdur. 

Oxu.Az məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib. 

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva məsələ ilə bağlı açıqlamasında bildirilib ki, hazırda XİN rəhbərlərinin yanvarda görüşü ilə bağlı heç bir informasiya yoxdur. O əlavə edib ki, belə bir görüşün keçirilməsinin mümkünlüyü barədə hələ dekabrda məlumat verilmişdi.

Öz növbəsində, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu məsələyə münasibət bildirib:

“ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyana bu ilin yanvarında görüşməyi təklif ediblər. Görüşlə bağlı razılıq əldə ediləndən sonra geniş məlumat veriləcək”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri