14 
Yan
2019
12:25
295
16
4919
Virtual karabakh

Erməni hərbçi yol qəzasında öldü

14 Yan, 2019
12:25
4919

Erməni hərbçi yol qəzasında öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda müddətdən artıq hərbi qulluqçu (MAHQ) avtomobil qəzasında ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

İnsident yerli vaxtla 21:00 radələrində, Yerevan-Meqri avtomagistralında baş verib. Məlumata əsasən, Karçevan şəhər sakini X.Qevorqyana məxsus “VAZ 2107” markalı avtomobillə İran nömrə nişanı olan “Volvo” markalı yük maşını toqquşub. Qəza “VAZ 2107”in qarşı hərəkət zolağına çıxması nəticəsində baş verib.

Hadisə nəticəsində X.Qevorqyan hadisə yerində keçinib, avtomobildə olan iki sərnişin bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, ölən X.Qevorqyan hərbi hissələrin birində MAHQ (Müddətdən artıq hərbi qulluqçu) kimi xidmət edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri