15 
Yan
2019
15:15
293
32
4623
Virtual karabakh

Ötən il 11 erməni əsgəri intihar edib

15 Yan, 2019
15:15
4623

Ötən il 11 erməni əsgəri intihar edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il Ermənistanda 63 hərbi qulluqçu ölüb. 

Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, ölənlərdən 27-si müddətli hərbi qulluqçu, 23-ü müqaviləli hərbçi, iki gizir və 11 zabit olub. 

Ölüm hallardan 38-i hərbi xidmətlə bağlı olub: yeddisi düşmən tərəfindən öldürülüb, on biri intihar edib, ikisi silahla davranma qaydalarının pozulması, üçü xəstəlik səbəbindən ölüb, bir əsgər minada partlayıb, bir nəfər öldürülüb, üç hərbçi bədbəxt hadisə nəticəsində, altısı yol qəzası zamanı, ikisi döyüş xidmətinin qaydalarının pozulması nəticəsində, ikisi isə təyyarə qəzasında ölüb. 

Ölüm hallarından 25-i xidmətdən kənar vəziyyətdə baş verib: 11 hərbçi yol qəzasında, 10 nəfər xəstəlikdən, dördü isə bədbəxt hadisə zamanı ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri