17 
Yan
2019
10:00
442
27
12643
Virtual karabakh

Azərbaycana keçməyə çalışan erməni minaya düşdü - FOTO

17 Yan, 2019
10:00
12643

Azərbaycana keçməyə çalışan erməni minaya düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 16-da Ermənistan-Azərbaycan sərhədində Ermənistanın Tavuş vilayətinin sakini Arman Mikaelyan minaya düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində Mikaelyan ağır yaralanıb və Noemberyan xəstəxanasına çatdırılıb. Mina onun pəncəsini qopardığından həkimlər amputasiya əməliyyatı aparmalı olub.

Mikaelyan partlayışdan üç saat sonra hadisə yerindən təxliyyə olunub.

Sonradan həmin şəxsin ruhi xəstə olduğu məlum olub. O, sərhədə yaxınlaşaraq, tikanlı məftilləri olan çəpəri aşmağa çalışıb. Həmin an partlayış baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri