30 
Yan
2019
20:47
356
44
6225
Virtual karabakh

Zakir Həsənov cəbhə zonasındakı hərbi hissələrdə olub - FOTO/VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyəti HHQ-nin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin ərazisində yeni inşa edilmiş yaşayış komplekslərinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

Oxu.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidəki əsgər yataqxanalarında, yeməkxanalarda, sinif otaqlarında, tibb məntəqələrində, mətbəxlərdə, qazanxanlarda, anbarlarda, eləcə də digər xidməti və inzibati obyektlərdə olub.

O, görülən işlərin keyfiyyəti ilə tanış olub.

Müdafiə naziri hərbi hissələrin silahlanmasında olan döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri