Fev
2019
19:11
368
118
3943
Virtual karabakh

Polkovnik: Elə bir uçan aparat yoxdur ki, ordumuz onun qarşısını ala bilməsin

1 Fev, 2019
19:11
3943

Polkovnik: Elə bir uçan aparat yoxdur ki, ordumuz onun qarşısını ala bilməsin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Rusiyadan qırıcılar alması Azərbaycanın silah prioritetinə təsir göstərə bilməz.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov Rusiyanın Ermənistana dörd ədəd “Su-30SM” qırıcısı satması ilə bağlı məlumatları şərh edərkən deyib. 

Polkovnik bildirib ki, bu gün elə bir uçan aparat yoxdur ki, Azərbaycanın müdafiə sistemi onun qarşısını ala bilməsin:

“Digər tərəfdən, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Belarusa getmişdi. Orada tərəflər arasında memorandum imzalanıb. Həmin memoranduma görə, Azərbaycan Belarusdan son nəslin tələblərinə cavab verən hava hücumundan müdafiə sistemləri alacaq. 

O biri tərəfdən, Azərbaycanın hava hücumundan müdafiə sistemində olan bütün radarlar müasirləri ilə əvəz edilib. Bu proses bizdə gedir və prosesin getməsinin əsas məqsədi Azərbaycanı hava məkanından gələ biləcək hər hansı zərbədən müdafiə etməkdir.

Ona görə də o təyyarələrin hətta Ermənistanda olması heç bir prioriteti dəyişə bilməz. Başqa bir tərəfdən, bilirsiniz ki, bizim Pakistan kimi dövlətlərlə də müəyyən sazişlərimiz var”, - Ş.Ramaldanov qeyd edib.

Samir İSAYEV 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri