Fev
2019
19:51
383
112
5398
Virtual karabakh

Zakir Həsənov: Azərbaycan ordusu tam döyüş qabiliyyətlidir

2 Fev, 2019
19:51
5398

Zakir Həsənov: Azərbaycan ordusu tam döyüş qabiliyyətlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Oxu.Az-ın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısında çıxışı zamanı deyib.

Z.Həsənov bildirib ki, Azərbaycan ordusunun potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır: 

“Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

Müdafiə naziri qeyd edib ki, ölkəmizin son illərdə dinamik iqtisadi inkişafı və nəticə etibarilə ordumuzun güclənməsi ölkə başçısının fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

“Azərbaycan ordusunun hazırkı vəziyyətinə gəlincə, o tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Orduda aparılan islahatlar onun əməliyyat, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə yeni şərait yaradıb. Ən əsası odur ki, ordunun döyüş qabiliyyətini təyin edən mütəxəssislərin 70 faizi gənclərdir”, - deyə nazir vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri