11 
Fev
2019
22:00
450
28
4529
Virtual karabakh

Ermənistanda hərbi hissədə müəmmalı ölüm

11 Fev, 2019
22:00
4529

Ermənistanda hərbi hissədə müəmmalı ölüm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda hərbi hissələrin birində müqaviləli əsasda xidmət edən hərbçi ölüb.

Sputnik Armenia” agentliyinin məlumatına görə, bu barədə özünün “Facebook” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan yazıb.

O bildirib ki, 1985-ci il təvəllüdlü Mesrop Qriqoryanın ölümünə səbəb güllə yarası olub.

Ovannisyanın sözlərinə görə, hərbçinin ölümünün səbəbləri araşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan ordusunun hərbçisi Edqar Qriqoryan müəmmalı şəraitdə aldığı güllə yarasından ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri