17 
Fev
2019
15:37
301
65
5627
Virtual karabakh

Zakir Həsənov BƏƏ-də müasir döyüş texnikasına baxdı - FOTO

17 Fev, 2019
15:37
5627

Zakir Həsənov BƏƏ-də müasir döyüş texnikasına baxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov  burada keçirilən İDEX-2019 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, mərasimdən sonra general-polkovnik Z. Həsənov sərgi ilə tanış olub.

Nazir burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri