18 
Sen
2017
21:48
595
53
18833
Virtual karabakh

Ermənilər Azərbaycan ərazilərini geri qaytarmağa hazırlaşırlar

18 Sen, 2017
21:48
18833

Ermənilər Azərbaycan ərazilərini geri qaytarmağa hazırlaşırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ərazilərinin geri qaytarılması məsələsi müzakirə oluna bilər.

Oxu.Az ölkə.az-a xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumununda jurnalistlərin suallarına cavab verərkən bildirib. Onun sözlərinə görə, bəzi ərazilərin geri qaytarılması Qarabağ münaqişəsinin həllində problem yaratmaz.

Tədbirdə iştirak edən aysor.am saytının əməkdaşı qeyd edib ki, E.Nalbandyan danışıqlar barədə ətraflı açıqlama verməyib.

“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaratmır. Proses barədə ətraflı açıqlama verə bilmərəm. Bu danışıqların gedişatına mənfi təsir göstərə bilər”, - deyə E. Nalbandyan bildirib.

Qeyd edək ki, “aysor.am” saytı Ermənistanın hökumətyönümlü mətbuatından sayılır. Həmişə Ermənistan hökuməti qeyri-rəsmi demək istədiklərini bu sayt vasitəsilə yazırlar.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri