18 
Sen
2017
19:30
125
48
1814
Virtual karabakh

Tərtərdə top mərmisi tapıldı – FOTO

18 Sen, 2017
19:30
1814

Tərtərdə top mərmisi tapıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtər rayonunun Əskipara kəndində top mərmisi tapılıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib.

“Senytabrın 18-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonunun Əskipara kəndi ərazisində partlamamış mərminin olması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 115 mm-lik top mərmisi (BM-3) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərminin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib”, - məlumatda qeyd edilib.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri