26 
Okt
2014
00:20
151
32
26710
Virtual karabakh

Monte Melkonyanı İbad Hüseynov öldürməyib – İDDİA + FİLM

26 Okt, 2014
00:20
26710

Monte Melkonyanı İbad Hüseynov öldürməyib – İDDİA + FİLM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni film bütün suallara konkret cavab verir və əsl qəhrəmanların adlarını açıqlayır.

Azərbaycanda “258 nömrəli PDM-in ekipajı” sənədli filminin təqdimatı keçirilib.

Oxu.Az xəbər verir ki, filmdə 258 nömrəli Piydaların Döyüş Maşının (PDM) ekipajının 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanın necə məhv etməsindən bəhs edir.

Film Melkonyanın məhz həmin vaxt və həmin yerdə öldürüldüyünü əsaslı şəkildə sübut edərək, Qarabağ qazisi İbad Hüseynovun Monte Melkonyanı şəxsən öldürməsi barədə bütün iddialarını əsaslı şəkildə rədd edir. 

Film “ASALA” terror təşkilatının başçılarından birini kimin və harada məhv etdiyi haqqında uzun mübahisələrə nöqtə qoyur. 

Filmin ssenari müəllifi Şahin Hacıyev, rejissoru Elcan Məmmədov, operatoru Elman Nəbiyev, montajçısı Sərxan Vəliyevdir. Film Nəcəf Nəcəfov fondunun dəstəyi ilə çəkilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri