Noy
2014
18:06
30
96
4078
Virtual karabakh

“Samsung”-dan təkzib gəldi: Qarabağda nümayəndəliyimiz yoxdur – YENİLƏNİB + FOTO

7 Noy, 2014
18:06
4078

“Samsung”-dan təkzib gəldi: Qarabağda nümayəndəliyimiz yoxdur – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sizin ölkənin qanunlarına hörmət edirəm”.

Cənubi Koreyanın “Samsung” şirkətinin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur və bu şirkət öz adının siyasi məsələlərdə hallanmasının qatı əleyhinədir.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Samsung” korporasiyasının Bakıda yerləşən Qafqaz nümayəndəliyinin rəhbəri Sanq Pil Çan deyib.

Dağlıq Qarabağda “Samsung”un nümayəndəliyinin açılması barədə məlumatlara münasibət bildirən S. P. Çan qeyd edib ki, məsələni diqqətlə araşdıracaq:

“Bizim orada heç bir nümayəndəliyimiz yoxdur.

Əgər hansısa şirkət öz binasında bizim loqomuzu asıbsa, o loqo söküləcək. Orada loqomuzun istifadəsinə yol verməyəcəyik. Biz şirkətimizin adının siyasi məsələlərdə hallandırılmasını istəmirik.

Mən uzun müddətdir Bakıda yaşayıram və sizin ölkənin qanunlarına hörmət edirəm. Bu məsələnin ciddiliyini başa düşürəm. Araşdıracağıq və belə bir hal varsa, aradan qaldırılacaq. Amma bir daha vurğulayım ki, bizim orda nümayəndəliyimiz və distribütor kimi əməkdaşlıq etdiyimiz hər hansı şirkət yoxdur”.

15:01

Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma “Dağlıq Qarabağ Respublika”sının ərazisində beynəlxalq şirkətlərin fəaliyyət göstərməsi barədə Azərbaycan mətbuatında kifayət qədər informasiya verilib. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, dünya birliyinin tanımadığı ərazidə bu dəfə Cənubi Koreyanın “Samsung” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayıb. 

Xankəndidə yerləşən nümayəndəlikdə məişət avadanlıqları, audio-video qurğular və s. brend məhsullar satışa çıxarılıb. ABŞ-ın avtomobillərə texniki yardım göstərən və dünyanın 100-dən artıq ölkəsində ofisləri olan GS Motors şirkəti də avqust ayından etibarən Xankəndidə maşınlara texniki yardım göstərən mərkəz açıb.

Xatırladaq ki, bundan öncə Türkiyənin “BEKO” şirkətinin Azərbaycanın işğal olunmuş torpaqlarında mərkəz açması böyük qalmaqala səbəb olmuşdu.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri