12 
Noy
2014
13:47
175
11
14407
Virtual karabakh

Qarabağda erməni işğalçılarını məhv etmiş azərbaycanlı qadın snayper – FOTO + VİDEO

12 Noy, 2014
13:47
14407

Qarabağda erməni işğalçılarını məhv etmiş azərbaycanlı qadın snayper – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onu öldürəcək şəxsə mükafat təyin ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Addım” GİM ictimai birliyi “Müasir təbliğat” (filmlər) layihəsi çərçivəsində Qarabağ müharibəsi zamanı öz şücaəti və qəhrəmanlığı ilə fərqlənən tanınmış snayper-qadın Növrəstə Yusifova barədə sənədli film hazırlanıb.

Oxu.Az Azərbaycan Gənclər Fondunun rəsmi səhifəsinə istinadla xəbər verir ki, filmin çəkilişləri zamanı əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqdır.

Filmin rejissoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, titrların tərcüməçisi Sevil Məmmədlidir. N.Yusifovanın nailiyyətləri sırasına içərisində təxminən 20 əsgərin olduğu düşmən yük maşınının, bunkerin məhv edilməsi, tankın sıradan çıxarılması və digərləri daxildir. 20 il keçdikdən sonra N.Yusifovaya məlum olur ki, əks düşərgədə də onun mövcudluğu barədə məlumatlı olublar və hətta onu öldürəcək şəxsə mükafat təyin ediblər. Filmdə A.A.Potapovun “Snayper sənəti” kitabından, müxtəlif telekanalların snayper sənəti barədə YouTube portalında yerləşdirilən videokadrlarından və müharibə barədə fotoşəkillərdən istifadə edilib. “Addım” GİM ictimai birliyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və filmin çəkilişlərində iştirak edənlərə təşəkkür edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri