26 
Noy
2014
17:07
25
102
16006
Virtual karabakh

Dost dosta tən gərək ... - VİDEO

26 Noy, 2014
17:07
16006

Dost dosta tən gərək ... - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxud da ukraynalıların bizim onlara etdiyimiz yaxşılığa görə “çox sağ olları”.

İnsan xislətində dərdə şərik çıxmaq kimi bir xüsusiyyət var. Normal insanlar ümumi acını bölüşərək bir-birini daha yaxşı başa düşməyə başlayırlar, həm də kritik anda hər kəsin dost dəstəyinə ehtiyacı var. 

Amma baş verənlərə baxılarsa Ukraynanın “1+1” telekanalının rəhbərliyi və əməkdaşlarının ya  normal insan münasibətləri haqqında ümumiyyətlə, anlayışları yoxdu, ya da onların qəlbində “insan insana düşməndir” qaydası hökmranlıq edir və yaxud da bizim mənfur qonşuların faktları öz xeyirlərinə dəyişdirmək üçün göstərdikləri əliaçıqlıq ukraynalı kolleqalarımızın, onların da torpaqlarının bir hissəsinin işğal altında olduğunu unutduracaq qədər gözünü tutub.

Beləliklə, gəlin, faktlara nəzər salaq. Ukraynanın “1+1” telekanalında bu yaxınlarda “15 respublika” verilişi efirə çıxıb.

Müəlliflərin fikrinə görə, verilişin hər buraxılışı keçmiş SSRİ-nin bir və ya iki respublikasına həsr ediləcək, aparıcı Konstantin Andriyuk paytaxtlara yola düşəcək, Dmitri Volkov isə regionlara yollanacaqdı.

Ölkəmiz şübhəli bir şərəfə nail oldu – Azərbaycan haqqında reportaj “15 respublika”nın elə ikinci buraxılışda işıq üzü gördü (Birinci buraxılış təbii ki, Rusiyaya aid idi). Amma nəyə görəsə buraxılış “Ermənistan” (“Virmeniya”) adlanırdı...

Ukrayna telekanalının ölkəmizə qarşı təhqirlərinin bu hələ başlanğıcı idi.

Veriliş məzmunca üç hissədən ibarət idi – birinci hissə Azərbaycana, ikinci – Ermənistana, üçüncü isə Dağlıq Qarbağa səfərə həsr edilmişdi, halbuki Ukrayna jurnalistlərinə Azərbaycan XİN tərəfindən bura səfər etmək barədə icazə verilməmişdi.

Çəkilişlər zamanı Bakıda və şəhər ətrafında həmvətənlərimizin sadəlövh qonaqpərvərliyindən sui-istifadə edən Konstantin Andriyuk yetərincə gözəl vaxt keçirib, dadlı yeməklər yeyib, Naftalan vannaları qəbul edib, amma bütün bunlar ona paytaxtımız və onun sakinləri haqqında iynəli sözlərlə danışmasına mane olmayıb. 

Rus dilini pis bilən azərbaycanlılarla söhbət zamanı onlar üçün şəhidlərin kim olduğu barədə sualında – “Onlar Qarabağın MÜSTƏQİLLİYİ uğrunda mübarizə aparıblar” – aparıcının şərhinə xüsusi qeyd etmək lazımdır. Şəxsən mən bunu üzümə tüpürmək kimi qəbul edirəm. 

Amma bu, Qax və Zaqatalaya səyahət edən Dmitri Volkovun çıxardığı hoqqabazlığın qabağında uşaq oyuncağı idi. Hələ bu “jurnalist”in ilk rəylərdən azərbaycanlılara qarşı neqativ münasibəti və sifarişçinin arzusunu yerinə yetirmək üçün bizi savadsız və səfeh göstərmək niyyəti aydın hiss olunurdu.

Onun elə indicə qonaqpərvərlik nümayiş etdirən kəndlinin arxasınca ikibaşlı şərhləri, saçdığı zəhərin səbəbini anlamaq olmur, açıq-aşkar bəyan edir ki, “Azərbaycanda rüşvətxorluq baş alıb gedir!”. Bundan başqa bu fərd azərbaycanlı hərbçiyə rüşvət verməyə çalışır, hər vəchlə azərbaycanlıların satılmaqda həvəsli olduqlarını göstərmək istəyir. Amma onun ucuz təxribatı baş tutmadı – bizim hərbçi ona təklif edilən pulu narazıçılıqla geri qaytardı.   

Bu hərbçiyə sözlə yanaşı, həm də hərəkəti ilə hamını bir arşınla ölçməyin lazım olmadığını göstərməsinə, millətimizə xas qonaqpərvərliyin mane olmasına heyfsilənmək qalır.

İndi isə Ermənistan haqqında süjetə keçək.

Birinci kadrlardan məlum olur ki, ermənilər, yalnız rüşvətxorluq və heyvan otarmaqla məşğul olan barbar-azərbaycanlılardan fərqli olaraq inteligent millətdir. Burada muzeylər, qədim əlyazmalar, hətta tütəkdə ifa üzrə yüksək sənət haqqında düşüncələr yürüdən musiqiçi də var.

Ukrayna telekanalının süjetində qonşularımız kasıb, amma alicənab, elm və incəsənətlə məşğul olan, sülhsevər, Türkiyə və Azərbaycandan başqa hamı ilə dostluq edən bir millət kimi təqdim edilirlər. Ermənistanda İT inkişafından, təhsil və gələcək nəslə göstərilən qayğıdan danışan aparıcının az qalır gözləri dolsun.

Ümumiyyətlə, veriliş o qədər kobud hazırlanıb ki, Ukrayna jurnalistlərinin məzəmmətli yanaşmasını görməmək üçün yəqin ki, ağıldan kəm olmaq lazımdır, amma deyəsən heç bu da mane olmayacaqdı.

Daha sonra Dmitri Volkov işğal altında olan Azərbaycan torpaqlarına – Dağlıq Qarabağa yollanıb. Orada bu “jurnalist”in dramatik istedadı təbii ki bütün varlığı ilə təzahür edir. Çünki həqiqətən cins şort geyinmiş iki tüklü, qısa ayaqlı, kök fərdlərlə kadrı şərh edərkən “Qarabağ qızlarının gözəlliyini” səsində lazımi vurğularla vəsf etmək üçün həqiqətən də əsl aktyorluq istedadına malik olmaq lazımdır.  

Ümumiyyətlə, cənab Volkov təəssüflə bəyan edir ki, “Qarabağda indi kişilərin sayı qadınlardan çoxdur. Çünki kişiləri azərbaycanlılar öldürüb”. Bəyanat öz səfehliyi il adamı mat qoyur. Hətta əgər azərbaycanlılar bütün kişiləri qırıblarsa da (amma hamıya məlumdur ki, hər şey tərsinə olub) maraqlıdır, bu 25 il ərzində doğulan kişilər, və o qırğın zamanı uşaq olan indi isə 30-35 yaşında olmalı kişilər hardadırlar? Onları da azərbaycanlılar qırıb?

Getdikcə vəziyyət gərginləşir. Qarşımızda əlində çətir olan bir xanım peyda olur və gözlərini süzə-süzə “azərbaycanlıların bura gəlib, qaçıb qurtara bilməyən hər kəsi öldürdüyünü” isterik şəkildə danışır.

Qeyd edək ki, Azərbaycanda olarkən jurnalistlər yerli sakinlərin bu barədə fikirləri ilə maraqlanmamışdılar. Əlbəttə, axı o zaman onlara Xocalı soyqırımı, gözü çıxarılan uşaqlardan, ermənilərin zorlayıb eybəcər hala saldıqları qadınlardan, küçələrdə doğranan ahıllardan danışardılar. Xeyr, bütün bunlar verilişin sifarişçilərinə lazım deyildi.

İnsan qəddarlığı məni çoxdandır ki, təəccübləndirmir, satılması isə heç təəccübləndirmir. Amma hər şeyin də həddi var. İnsan peşəkar etika haqqında unuda bilər, vicdanını da susdura bilər. Amma hansısa sifariş edilən bir material isə ön plana, özünə hörmət edən hər bir jurnalist üçün müqəddəs olan doğma ölkənin maraqları ikinci plana, keçdikdə bu insanın üstündən xətt çəkmək olar.

Bir hissəsi işğal altında olan Ukrayna bizim tərəfimizdən yalnız dəstək və anlayış görürdü. Biz onların acılarını bölüşür, uğurlarına sevinir, itkilərinə ağlayırdıq. Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək.

Ona görə də Ukrayna hakimiyyətinin belə aşağılayıcı, ukraynalıları birinci gündən həm rəhbərliyi, həm də adi vətəndaşları tərəfindən dəstəkləyən, onları qardaş adlandıran ölkəni ləkələyən bir verilişin efirə getməsinə icazə verməsi ikiqat ağır gəlir.

Düşünürəm ki, azərbaycanlı jurnalistlərdən hansısa biri sabah Ukrayna hakimiyyətindən lazımi icazə almadan Krım və ya Donetskə gedib, bu “qədim rus torpaqlarında” ukraynalılar tərəfindən törədilən “vəhşiliklər” barədə veriliş hazırlanmasını rəğbətlə qarşılamayacaqlar.

Utanmalı haldır...  

P.S. Qeyd edək ki, məqalənin yazıldığı zaman məlum olub ki, Azərbaycanın Ukraynada olan səfirliyi bu ölkənin XİN “1+1” telekanalında antiazərbaycan yönümlü verilişin göstərilməsinə dair narazıçılığını bildirib.

Bəyanatda telekanalın jurnalistləri tərəfindən hazırlanan “15 respublika” verilişində Azərbaycanın ictimai-siyasi sistemi, erməni-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli reallıqların təhrif edilməsi, Azərbaycan ərazisini 20 ildən artıq işğal altında saxlayan Dağlıq Qarabağın, eləcə də Ermənistanın separat rejiminə rəğbətin yer aldığı qeyd edilib.

Aliyə İsmayılzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri