14 
Sen
2017
12:55
228
38
1381
Virtual karabakh

Zakir Həsənov İsrailin müdafiə sənayesinin aparıcı müəssisələrində oldu

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib.

Bu barədə Oxu.Az-a  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.

A.M.

www.oxu.az

Digər Müharibə xəbərləri