16 
Yan
2015
14:36
157
14
3509
Virtual karabakh

Azərbaycan pilotları “Anadolu Qartalı 2015”də iştirak edəcəklər

16 Yan, 2015
14:36
3509

Azərbaycan pilotları “Anadolu Qartalı 2015”də iştirak edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik planları açıqladı.

Bu il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Türkiyədə iki hərbi təlim keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, “İşıq-2015” və “Anadolu Qartalı-2015” təlimlərində iki ölkənin hərbçilərinin birgə əməliyyatlar keçirmə imkanları artırılacaq.

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Türkiyə Silahlı Qüvvələrində keçiriləcək milli təlimlərə də qatılacaqlar.

Xatırladaq ki, cari ilin oktyabrında Azərbaycanda türkiyəli və azərbaycanlı pilotların birgə təlimi – “TurAz Qartalı” baş tutmuşdu.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri