Mar
2015
16:55
287
20
12867
Virtual karabakh

İki qardaş səmada görüşdü – FOTO + YENİLƏNİB

3 Mar, 2015
16:55
12867

İki qardaş səmada görüşdü – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konyada Azərbaycan və Türkiyə hərbi-hava qüvvələrinin birgə təlimləri başladı.

Müdafiə Nazirliyi (MN) Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə hərbi təlimlərinin başlanması ilə bağlı məlumat yayıb.

Oxu.Az-ın MN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən "TurAz Şahini 2015" təlimləri başlayıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib.

Eyni zamanda "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.

Təlimlər aprelin 13-dək davam edəcək.

16:44

Türkiyənin Konya şəhərində Azərbaycan və Türkiyə hərbi-hava qüvvələrinin “Turaz Qartalı 2015” adlı birgə təlimləri başlayıb, Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, bu, Azərbaycan HHQ-nin xaricdə ilk təlimidir.

Təlimlər “Anadolu qartalları” hava məkanında keçir. Hava məkanın dərinliyi 400, eni 300 km təşkil edir. Təlimlərdə Türkiyə HHQ-nin F-16, F-4E 2020, E-7T (HİK) təyyarələri, AS-532, UH-1H helikopterləri, həmçinin Azərbaycan HHQ-nin MiQ-29 və Su-25 təyyarələri, Mi-17 helikopteri iştirak edir.

106 azərbaycanlı hərbçinin qatıldığı təlimin məqsədi iki ölkə arasında uçuş hazırlığında əməkdaşlığın genişləndirilməsidir.

Konya 3-cü əsas hava bazasının əməliyyat komandiri polkovnik Əbdürrəhman Arslan Anadolu Agentliyinə müsahibəsində bildirib ki, təlimlərin ilk günündə bazaya Azərbaycan HHQ-nin 6 Miq-29 və Su-25 tipli təyyarələri eniblər.

Təlimlərin başlaması ilə tarixi günə start verildi, deyə, o bildirib.

“Bu tarixi bir gündür. İlk belə təlim sentyabrda (ötən ilin sentyabrında – red.) Azərbaycanda keçirilib. Bu, iki qardaş ölkənin, iki qardaşın səmada görüşüdür”. – deyə, o, qeyd edib.  

Azərbaycan HHQ-nin əməliyyat komandiri Elçin Axundov həmçinin Türkiyədə təlimlərin keçməsini müsbət qiymətləndirib.

“Xoş qəbula və bu tarixi günə görə təşəkkür edirəm. Biz, xaricdəki ilk təlimlərimizi Türkiyədə keçiririk”, - deyə, o, əlavə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri