19 
Mar
2015
19:03
250
35
4995
Virtual karabakh

Azərbaycan əsgərləri Moskvanın mərkəzində addımlayacaqlar – RƏSMİ

19 Mar, 2015
19:03
4995

Azərbaycan əsgərləri Moskvanın mərkəzində addımlayacaqlar – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Silahlı Qüvvələrimiz Qələbə paradına qatılacaqlar.

Azərbaycan hərbçiləri mayın 9-da Moskvada Qələbə paradında iştirak edəcəklər.

Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Moskva şəhərində keçiriləcək Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı planlaşdırılır.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu günlərdə bildirib ki, rəsmi Moskva dost ölkələrin 16 hərbi birləşməsini Qırmızı meydanda Qələbə paradında iştiraka dəvət edib. Onun sözlərinə görə, artıq 9 ölkə iştirakını təsdiq edib, ikisi imtina edib, daha beşinin isə cavabı gözlənilir. 

Nazir əlavə edib ki, 26 ölkənin hərbi qurumlarının rəhbərləri də Qələbə günü ilə bağlı tədbirlərə qonaq qismində dəvət olunub. 

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri