30 
Mar
2015
12:15
102
14
4388
Virtual karabakh

Şeyx 31 mart soyqırımının ildönümü ilə bağlı müraciət etdi

30 Mar, 2015
12:15
4388

Şeyx 31 mart soyqırımının ildönümü ilə bağlı müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan torpaqları ikiyə bölünüb”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Azərbaycandakı Avropa Yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç ermənilər tərəfindən törədilən 31 mart soyqırımının ildönümü ilə bağlı dünya dini liderlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

Oxu.Az-ın məlumatına görə, müraciətdə bildirilir ki, 200 ildən artıqdır erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı ardıcıl soyqırım və təcavüz siyasəti aparılır:
 
“Bu siyasətin əsas məqsədi azərbaycanlıları əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövlətini bu ərazilərdə yaratmaqdır. Tarixi faktlar sübut edir ki, keçən əsrin xəritələrində 114 min kv. km olan Azərbaycan torpaqları erməni işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində 86,6 min kv. km-ə qədər azalıb. Qarabağ və ətraf rayonların son işğalından sonra ərazilərimizin 20 faizi zəbt olunub. Azərbaycan torpaqları ikiyə bölünüb.

1905-1918-ci illərdə ermənilər tərəfindən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə yetirilib, tarixi mədəniyyət abidələri və məscidlər dağıdılıb. Azərbaycanın Zəngəzur bölgəsi heç bir əsas olmadan Ermənistan kimi süni yaradılmış dövlətə verildi. Dağlıq Qarabağda muxtariyyət yaradıldı. 1948-53-cü illərdə Ermənistan ərazisindəki azərbaycanlılar öz ata-baba yurdlarından zorla kütləvi halda qovuldular. Nəticədə indiki Ermənistan Respublikası yaradıldı.

80-ci illərin sonunda isə Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra yenidən 250 mindən artıq azərbaycanlı Ermənistandakı doğma yurdlarından didərgin salındılar. Azərbaycanın yenidən 20 faiz ərazisi ermənilər tərəfindən işğal olundu. İşğal olunmuş ərazilərdə vandalizm həyata keçirildi. Görkəmli xadimi Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bu faciələr dünya ictimaiyyətinə çatdırıldı.

31 mart soyqırımı Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla rəsmi soyqırım günü kimi qeyd olunmağa başladı. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı 4 qətnamə qəbul etdi, amma Ermənistan o qətnamələrə hələ də məhəl qoymur. Biz dini ictimaiyyətin nümayəndələri müraciət edərək, sizi erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq. Qoy Uca Yaradan hamımıza doğrunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun!”

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri