25 
Apr
2015
17:19
31
244
15960
Virtual karabakh

Qarabağın son - GÖRÜNTÜLƏRİ

25 Apr, 2015
17:19
15960

Qarabağın son - GÖRÜNTÜLƏRİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağılmış yollar, xaraba qalmış şəhərlər və kəndlər...

Bir sıra Rusiya KİV-ləri bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindən fotossesiya dərc ediblər. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, əsasən Ağdam və Şuşanın görüntüləri yer alan bəzi şəkillər “Kabus şəhərlər” başlığı altında dərc olunub. 

Yüz il qabaq Osmanlı imperiyasında baş vermiş faciəli hadisələrə görə Ermənistanın Türkiyəyə qarşı iddialara toxunan rus jurnalistlər erməni başkəsənlərin işğal etdikləri əraziləri xaraba qoyduğunu vurğulayırlar: 

“Azərbaycanın bir zaman müxtəlif millətlərin yaşadığı çiçəklənmiş bu ərazisi indi təravətini itirib. Dağılmış yollar, xaraba qalmış şəhərlər və kəndlər, infrastrukturun olmaması göstərir ki, status-kvo qaldıqca, erməni seperatçıları tərəfindən blokadaya salınmış Dağlıq Qarabağın heç bir gələcəyi yoxdur”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri