22 
May
2015
18:18
80
16
1578
Virtual karabakh

Elmar Məmmədyarov: Ermənistan istənilən əməkdaşlıqdan yayınır

22 May, 2015
18:18
1578

Elmar Məmmədyarov: Ermənistan istənilən əməkdaşlıqdan yayınır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aİ-nin daha güclü dəstəyini gözləyirik”.

Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazilərinin işğalının davam etməsi regiondakı qeyri-stabilliyin əsas amilidir.

Ermənistan BMT TŞ-nin məlum 4 qətnaməsinin əhəmiyyətini azaltmağa çalışaraq, onları yerinə yetirməkdən imtina edir. Azərbaycan ATƏT-in Minsk Qrupunun Hərtərəfli Sülh Sazişinin işlənib hazırlanmasının başlanılmasına dair çağırışlarına qoşulur.

Ancaq, Ermənistan münaqişənin həll olunmasında status-kvonu dəyişəcək istənilən konstruktiv əməkdaşlıqdan yayınır. Bu halda, münaqişənin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşməkdə davam edəcəkdir.

Oxu.Az Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa Sammitində çıxışında deyib. 

“Regionda sülhün, stabilliyin, eləcə də, mehriban qonşuluq münasibətlərinin yaradılması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə mümkündür. Ermənistan silahlı qüvvələri onlara məxsus olmayan ərazilərdən çıxmalıdırlar. Etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıda bilmək hüquqlarını həyata keçirə bilməlidir”, - nazir deyib. 

Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın Cənub Qaz Dəhlizinin reallaşdırılmasına dair çoxsaylı birgə təşəbbüslərinin nəticəsində enerji sahəsində strateji tərəfdaşlıq əhəmiyyətli dərəcədə inkişaf edir. 

“Cənub Qaz Dəhlizi Avropa İttifaqının öz vətəndaşlarını təhlükəsiz, davamlı və arası kəsilməyən enerji ilə təmin etmək istədiyi Enerji İttifaqı vasitəsilə Aİ-nin hərtərəfli məqsədinə xidmət edəcəkdir. Buna görə, Azərbaycan yeni mənbələrdən yeni enerji həcmləri gətirəcək bu layihənin icrası üçün Aİ-nin daha güclü dəstəyini gözləyir”, - o deyib. 

Nazir çıxışında qeyd edib ki, digər geostrateji layihə Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryol şəbəkəsini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsidir. 

“Dörd il əvvəl ölkəm tərəfindən təşəbbüsü irəli sürülmüş bu layihə cari ildən fəaliyyətə başlayacaq. Bu dəhliz Avropa və Asiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionu vasitəsilə birləşdirərək çoxsaylı inkişaf imkanlarına yol açacaq”, - Elmar Məmmədyarov deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri