23 
May
2015
13:10
172
30
4183
Virtual karabakh

Nazir: Azərbaycan Qarabağ münaqişəsini həll edəcək

23 May, 2015
13:10
4183

Nazir: Azərbaycan Qarabağ münaqişəsini həll edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həlli mümkün olmayan münaqişə yoxdur”.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə olursa olsun, həll edəcək. Çünki həlli mümkün olmayan münaqişə yoxdur.
 
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
 
Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda nikbinlik üçün əsaslar var: 

“Dağlıq Qarabağ münaqişəsi hazırkı vəziyyətdə qala bilməz. Problemin həlli üçün beynəlxalq hüquqi baza, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bütün ölkələr BMT-nin tərkibinə daxil olarkən təşkilatın qətnamələrinə əməl edəcəyinə dair öhdəliklər götürür. Ermənistan isə bu öhdəliyi yerinə yetirmir. Lakin Ermənistan rəhbərliyinə də sağlam düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır. Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasətinin nəticəsidir ki, bu ölkə Cənubi Qafqazda həyata keçirilən bütün layihələrdən təcrid olunub. Əminliklə deyirəm ki, münaqişə yaxın gələcəkdə həll olunacaq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri