İyl
2015
17:07
197
25
3259
Virtual karabakh

Zakir Həsənov Litvadadır - YENİLƏNİB + FOTO

1 İyl, 2015
17:07
3259

Zakir Həsənov Litvadadır - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazir görüş keçirib.

İyulun 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Litva Respublikasına rəsmi səfəri başlayıb.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Z.Həsənov Litvanın Milli Müdafiə naziri Yuozas Olekas ilə görüşüb. 

Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. 

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.

Təkbətək görüşdən sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Litva Respublikasına rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirirən Azərbaycanın müdafiə naziri litvalı həmkarına Cənubi Qafqaz reginondakı hərbi-siyasi vəziyyət, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov bildirib: 

“Bəzi dövlətlər və qurumlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmasına yanaşmada ikili standartların tətbiqi bizi çox narahat edir. 

Ancaq hamıya bəlli olmalıdır ki, dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə Azərbaycan bu gün güclü və qüdrətli, müasir silahla təchiz olunmuş orduya malikdir. Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir. Heç kim buna şübhə etməməlidir. Bu, yalnız vaxt məsələsidir. 

Sülh tərəfdarı olan dövlətlər, o cümlədən bizə dost olan Litva Respublikası təcavüzkara qarşı qəti mövqe nümayiş etdirib işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidirlər”.

Sonra Azərbaycan ilə Litva arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Səfər iyulun 2-də başa çatacaq.

14:37

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib.

Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Z. Həsənov iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.

Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri