İyl
2015
11:52
16
210
5939
Virtual karabakh

Qəzet: Ermənistan Rusiyadan “İskander M” raket kompleksləri alacaq

2 İyl, 2015
11:52
5939

Qəzet: Ermənistan Rusiyadan “İskander M” raket kompleksləri alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ermənistan parlamentinin növbədənkənar iclası keçiriləcək.

Ermənistan güzəştli kredit əsasında Rusiyadan müasir “İskander M” operativ-taktiki raket kompleksləri ala bilər. Bu raket kompleksləri ən yüksək texniki xarakteristikalara malikdir.   

Oxu.Az erməni KİV-nə istinadla xəbər verir ki, bu barədə “Jamanak” qəzeti hakim Respublika Partiyasındakı mənbəyə istinadla məlumat verib. 

Nəşr qeyd edib ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası keçiriləcək. İclasda Ermənistan Silahlı Qüvvələrinin ən müasir silahlarla təmin olunması üçün 200 milyon dollar güzəştli kreditin ayrılması haqqında Rusiya və Ermənistan hökumətləri arasında imzalanmış sazişin ratifikasiya məsələsi müzakirə olunacaq.

Qəzet vurğulayıb ki, “rusların Ermənistanı “İskander M” raket kompleksləri ilə silahlandırma istəyinin bir neçə motivasiyası ola bilər”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri