İyl
2015
18:15
15
254
7423
Virtual karabakh

Rusiya və Ermənistan “İskander-M” satışı haqqında danışıqlar aparır – VİDEO

3 İyl, 2015
18:15
7423

Rusiya və Ermənistan “İskander-M” satışı haqqında danışıqlar aparır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TƏRK 500 km radiusda yerləşən obyektləri məhv edə bilir.

Rusiya Ermənistana “İskander-M” taktiki-əməliyyat raket komplekslərinin (TƏRK) tədarükünə dair danışıqlar aparır, müqavilə hələ imzalanmayıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbə bildirib.

“Kontrakt hələ imzalanmayıb, hələ danışıqlar gedir”, - agentliyin həmsöhbəti bildirib.

O vurğulayıb ki, bu qəbildən ola müqavilələrə dair bütün informasiya məxfidir.

Daha öncə “İskander”in əsas istehsalçısı olan Maşınqayırma bürosunun konstruktor bölməsində bəyan etmişdilər ki, 2016-cı ilə qədər bütün bu komplekslər ixraca çıxarılmayacaq.

Bununla yanaşı, onlar xaricdə satıla biləcək məhsullar siyahısına daxildir.

Əsasən keçən il Qazaxıstanın “İskander”in ixrac versiyasına maraq göstərməsi barədə xəbər verilmişdi.   

İyunda Səudiyyə Ərəbistanının nümayəndə heyəti komplekslərin əldə edilməsinə dair danışıqlar aparmaq üçün “Armiya-2015” forumunda olub.

“İskander-M” taktiki-əməliyyat raket sistemi öz sələfi “Toçka-U” ilə müqayisədə, böyük üstünlüklərə malikdir, belə ki, uzaq məsafəli hədəfləri vurma qabiliyyətinə malikdir.  

Əgər “Toçka-U” ballistik raket sistemi yalnız 120 km uzaq hədəfi vurma qabiliyyətinə malikdirsə, “İskander-M” 500 km radiusda yerləşən obyektləri məhv edə bilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri