11 
İyl
2015
23:25
23
411
9000
Virtual karabakh

Sterliqov: Qarabağın meyvə və tərəvəzlərini Rusiyaya aparmaq lazımdır - FOTO

11 İyl, 2015
23:25
9000

Sterliqov: Qarabağın meyvə və tərəvəzlərini Rusiyaya aparmaq lazımdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əgər Moskva bunların hamısının dadına baxsa,...”

Rusiyalı iş adamı və xeyriyyəçi German Sterliqov Dağlıq Qarabağda məskunlaşmağa və ekoloji təmiz məhsulların istehsalına başlamağa qərar verib.

Oxu.Az xəbər verir ki, bu barədə o “Komsomolskaya pravda”nın xüsusi müxbiri Nikolay Varseqova müsahibəsində deyib. 

“Qarabağ hələ Rusiya şəhərləri üçün tamamilə təmiz və ucuz məhsulların mənbəyidir. Burada o qədər müxtəlif meyvə və tərəvəzlər var ki, onları Rusiyaya aparmaq və emal etmək lazımdır.

Burada çox təmiz faydalı şirələr, kompotlar, şərablar istehsal etmək olar..., əgər Moskva bunların hamısının dadına baxsa, o zaman orada satılan kimyəvi məhsulların əksəriyyətindən imtina edər”, - o danışıb. 

İş adamı qeyd edib ki, Qərb hələ öz dəyərləri ilə Dağlıq Qarabağa gəlməyib. 

“Bura tanınmamış respublikadır. Bu çox müsbət haldır, müxtəlif avropalı və amerikalı... bura gəlmirlər və insanlara mənən yaşamağa mane olmurlar”, - Sterliqov qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri