22 
Apr
2024
14:48
94
4
1175
yuxarı
Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib
22 Apr, 2024
14:48
1175
94
4
Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata əsasən, azad olunan ərazilərdə 15-21 aprel 2024-cü il tarixi ərzində 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 1429,1 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
3 
May
2024
22:32
Xocəsən sakinlərinin kanalizasiya problemi: “İydən çölə çıxa bilirik” - VİDEO
2
26
263
3 
May
2024
20:16
Pakistan səfiri: “İki ölkə arasındakı hərbi münaqişə dağıdıcı ola bilər” - VİDEO
70
13
1392