31 
Avq
2015
23:07
131
73
4899
Virtual karabakh

German Sterliqov sərbəst buraxılıb - YENİLƏNİB

31 Avq, 2015
23:07
4899

German Sterliqov sərbəst buraxılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı iş adamı Domodedovo aeroportunda saxlanılmışdır.

Rusiya Domodedovo hava limanının prokurluq əməkdaşları saxlanılan iş adamı German Sterliqovu buraxıblar.

Bu barədə Oxu.Az LifeNews-a istinadən xəbər verir. 

Sterliqovun sözlərinə görə, onu pasport nəzarət məntəqəsinə söhbətə dəvət ediblər. Söhbət bir neçə saat davam edib.

Biznesmen prokurorluq əməkdaşlarının işini “düzgün” adlandırıb.

20:34

Rusiyalı iş adamı German Sterliqov Moskvanın Domodedovo hava limanında sərhəd keçid məntəqəsində saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə LifeNews-a Sterliqovun vəkili Artur Ayrapetov deyib.

“German Sterliqov Domodedovo hava limanında sərhəd keçid məntəqəsində saxlanılıb. Çox güman ki, söhbət beynəlxalq axtarışdan yox, MDB xətti ilə dövlətlərarası axtarışdan gedir”, - vəkil deyib. 

Xatırladaq ki, bu ilin iyul ayında rusiyalı iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Sonda Azərbaycan sözügedən sahibkarı “arzuolunmaz şəxs” elan edib, ardından isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma “Dağlıq Qarabağ”a dəstək verməkdə müqəssir bilərək barəsində cinayət işi qaldırılıb.

İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.

Rusiyada isə Sterliqova qarşı böhtan atmaq üzrə cinayət işi qaldırılıb. Şikayət ərizəsi İsrail vətəndaşı Milana Qorenşteyn tərəfindən daxil olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri