24 
Noy
2015
12:59
227
86
32574
Virtual karabakh

Suriyada Rusiya bombardmançısı vuruldu – FOTO + VİDEO + YENİLƏNİB

24 Noy, 2015
12:59
32574

Suriyada Rusiya bombardmançısı vuruldu – FOTO + VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Suriyada Rusiyaya məxsus Su-24 bombardmançısı qəzaya uğrayıb, təyyarənin yerdən açılan atəş nəticəsində vurulduğu güman edilir, Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

“Bu gün Suriya ərazisində yerdən açılan atəş nəticəsində Rusiyanın Suriya Ərəb Respublikasındakı aviaqrupunun tərkibində fəaliyyət göstərən Su-24 təyyarəsi qəzaya uğrayıb”, - deyə, hərbi idarə bildirib.

“Təyyarə 6 min metr yüksəklikdə olub. Pilotların taleyi dəqiqləşdirilir. İlkin məlumatlara görə, onlar katapult vasitəsilə təyyarəni tərk edə biliblər. Bundan başqa, Rusiya təyyarəsinin düşməsinin təfərrüatları dəqiqləşdirilir.

Müdafiə Nazirliyi qeyd edir ki, uçuş zamanı təyyarə yalnız Suriya ərazisi üzərində olub. Bu, obyektiv nəzarət vasitələri ilə qeydə alınıb”, - deyə, bəyanatda bildirilir.

12:36

Türkiyənin DNA agentliyinin yaydığı məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Suriya ordusunun MiQ-23 qırıcı təyyarəsini vurublar.

Buna Türkiyənin hava məkanının pozulması səbəb olub. Suriya qırıcısının ekipajı əvvəlcədən məlumatlandırıldığı üçün təyyarəni tərk edə bilib.

12:14

Naməlum hərbi təyyarə Suriya ərazisində Türkiyə ilə sərhəd yaxınlığında qəzaya uğrayıb, Türkiyənin Haberturk TV. telekanalı məlumat yayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, təyyarənin növü və mənsub olduğu ölkə dəqiqləşdirilmir.

Təfərrüatlar aydınlaşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri