25 
Noy
2015
09:03
100
51
7386
Virtual karabakh

KİV: Su-24 bombardmançısının pilotlarından biri xilas edilib

25 Noy, 2015
09:03
7386

KİV: Su-24 bombardmançısının pilotlarından biri xilas edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriya xüsusi təyinatlıları iki saat ərzində onu yaraqlıların ərazisindən çıxarıblar.

Suriya hərbçiləri Rusiyanın vurulmuş Su-24 bombardmançısının ikinci pilotunu təxliyə ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Livanın Al Mayadeen telekanalının Facebook profilində yazılıb.

Telekanalın məlumatına görə, pilotla altı saat davam edən danışıqlardan sonra əlaqə qurmaq mümkün olub. 

Suriya ordusunun xüsusi təyinatlıları onu iki saat ərzində yaraqlıların ərazisindən çıxarıblar. Hazırda pilot Rusiyanın Xmeymim aviabazasında təhlükəslizlikdədir, KİV yazır.

Məlumat rəsmi təsdiqini tapmayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri