25 
Noy
2015
10:12
356
64
54662
Virtual karabakh

Türkiyə rus pilotuna belə xəbərdarlıq etdi – SƏS YAZISI

25 Noy, 2015
10:12
54662

Türkiyə rus pilotuna belə xəbərdarlıq etdi – SƏS YAZISI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təcili olaraq istiqamətinizi dəyişin!”.

Türkiyə Rusiyaya məxsus “Su-24” tipli hərbi təyyarəyə vurulmadan öncə edilən xəbərdarlığın səs yazısını yayıb.

Oxu.Az xəbər verir ki, rəsmi Ankara hadisədən sonra yaydığı bəyanatda Rusiya qırıcısına dəfələrlə xəbərdarlıq olunduğunu, buna baxmayaraq “Su-24” təyyarəsinin Türkiyə hava sərhəddini pozmağa cəhd etdiyini bildirib.

Yerli FOX telekanalının əsas xəbər buraxılışında türk pilotun rus həmkarına etdiyi xəbərdarlığın audioyazısı yayımlanıb. 

Səs yazısında türk pilotun 5 dəqiqə ərzində 10 dəfə rus pilotuna ingilis dilində, “Türk hava sərhədlərinə yaxınlaşırsınız. Təcili olaraq istiqamətinizi dəyişin!” - deyə xəbərdarlıq etsə də rus təyyarəsi buna məhəl qoymayıb.

Xatırladaq ki, ötən gün Türkiyə hərbi aviasiyasına aid F-16 qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid “Su-24” qırıcısını vurub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri