30 
Yan
2016
22:57
87
477
37868
Virtual karabakh

Türkiyədə üç azərbaycanlının başını kəsdilər - YENİLƏNİB

30 Yan, 2016
22:57
37868

Türkiyədə üç azərbaycanlının başını kəsdilər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəsədlər Marneuliyə gətiriləcək.

Türkiyədə öldürülmüş  iki bacı - 56 yaşlı Emma və 46 yaşlı Elnaz Şərifovaları, həmçinin onlardan birinin 19 yaşlı nəvəsi  Sahib Şərifovun cəsədləri yaxın günlərdə Marneuliyə gətiriləcək.

Oxu.Az-ın “Qruziya Online”-a istinadən verdiyi xəbərə görə, hazırda öldürülən şəxslər haqqında Marneulidə də müxtəlif versiyalar dolaşmaqdadır. 

Sahib Şərifovun atasının məlumatına görə, onun oğlu Türkiyədə kababçı işləyib. O, hadisə haqqında məlumatlı olmadığını bildirib.

“Marneulidə müxtəlif versiyalar yayılıb. Onların təbii qazdan zəhərləndikləri və onların öldürüldüyü barədə xəbərlər var”.
 
Məlumata görə, ölən Marneuli sakinləri hazırda ekspertizadan keçirilir və sonra onlar Marneuliyə göndəriləcəklər.

14:35

Türkiyənin Düzcə bölgəsində Gürcüstan vətəndaşı olan üç azərbaycanlı evdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.
 
Oxu.Az-ın “Haber Gazete”yə istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis cinayətin 2-3 gün əvvəl baş verdiyini təsbit edib. Ölənlərdən 2-si qadın, biri uşaqdır.
 
Meyitləri evə gələn 56 yaşlı Ema Şərifovanın keçmiş həyat yoldaşı Sərvət Öztürk aşkar edib və polisə zəng vurub. Ölən digər şəxslərin Ema Şərifovanın bacısı, 46 yaşlı Elnaz Şərifova və nəvəsi Sahib Şərifov olduğu məlum olub.
 
Faktla bağlı araşdırmalara başlanılıb. 

29.01.2016 23:29

Türkiyənin Şirnak vilayətinin Cizrə şəhərində üç əcnəbi qətlə yetirilib.

“Milliyət” qəzetinin məlumatına əsasən, Aziziye məhəlləsində mənzillərin birinə daxil olan polis əməkdaşları boğazı kəsilən Ema Şaripova, bacısı Elnaz və nəvəsi Sahibin cəsədlərini aşkar ediblər.

Cinayətin təxminən üç gün əvvəl törədildiyi bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri