11 
Fev
2016
19:04
164
46
4435
Virtual karabakh

Putini məhkəməyə verdilər

11 Fev, 2016
19:04
4435

Putini məhkəməyə verdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim tələbimiz: maraqların münaqişəsinin etirafıdır”.

Müxalifətçi Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putinə qarşı Moskvanın Tversk məhkəməsində administrativ iddia irəli sürüb. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.

Navalnının fikrinə görə, Rusiya prezidenti, 2015-ci ilin oktyabrında SİBUR şirkətinə Milli Rifah Fondundan vəsait ayırarkən maraqların münaqişəsinin olduğunu bildirmədiyi üçün  “Korrupsiyaya qarşı fəaliyyət haqqında” federal qanunu pozub.

Navalnı “Reyter” agentliyinin noyabrda dərc etdiyi araşdırmaya əsasən öz saytında yazır ki,  SİBUR-un idarə heyətinin üzvü olan Kirill Şamalov Vladimir Putinin qızı olduğu deyilən Katerina Tixonovanın əridir, deməli o, prezidentin kürəkənidir.

“Bizim tələbimiz: maraqların münaqişəsinin etirafıdır, bu münaqişə barədə məlumat vermək və şəxsən qərar qəbul etməməkdir”, - Navalnı yazır.

Moskvanın Tversk məhkəməsindən başqa müxalifətçilər Baş Prokurorluğa və Prezident administrasiyasına da məktub yazıblar, Navalnı iddia edir.

Putinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə bayan edib ki, Navalnı tərəfindən qaldırılan iddiadan prezident xəbərsizdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri