12 
Fev
2016
21:58
172
58
12660
Virtual karabakh

Yüzlərlə azərbaycanlı Rusiyada etiraz edir – VİDEO

12 Fev, 2016
21:58
12660

Yüzlərlə azərbaycanlı Rusiyada etiraz edir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hökumət hara baxır?!!”

Mühacirlər Yekaterinburqda Federal Miqrasiya Xidməti İdarəsini mühasirəyə alıb.

Oxu.Az E1.ru-ya istinadən xəbər verir ki, əsasən Azərbaycan vətəndaşları qəbula düşmək və müvəqqəti yaşayış üçün icazəni almaq üçün saat 03.00-dan növbə tuturlar.

“Mühacirlər gəlir və növbə tuturlar ki, saat 9.00-da inspektorun qəbuluna düşüb müvəqqəti yaşayış üçün icazəni imzalatdırsınlar. 300 azərbaycanlıdan yalnız 10 nəfər keçib! 200 qazaxdan isə yalnız 25-i. İnsanları ələ salırlar?! Məgər mühacirlər adam deyillər?! Hökumət hara baxır?!!”, - hadisələrin iştirakçısı Azər Ağazadə bildirib.

Jurnalistlər tərəfindən hazırlanan videoda insanların FMX idarəsində rəisi və ya kvotaların müəyyənləşdirilməsi üzrə komissiyanın sədrini tələb etdikləri görünür. Çarxın sonunda qışqırıqlar eşidilir, yıxılan qadını az qala kütlə tapdalayacaqdı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri