12 
Fev
2016
22:50
88
127
2877
Virtual karabakh

İŞİD ABŞ-a qarşı kimyəvi silah tətbiq etmək istəyir

12 Fev, 2016
22:50
2877

İŞİD ABŞ-a qarşı kimyəvi silah tətbiq etmək istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz çox narahatıq”.

İŞİD terror qruplaşması Amerika Birləşmiş Ştatlarına qarşı kimyəvi silah tətbiq etməyi planlaşdırır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper bu barədə müvafiq məlumatlarının olduğunu bildirib.

“İŞİD kimyəvi silah baxımından öz imkanlarını inkişaf etdirmək istəyir. Biz çox narahatıq, çünki məlumatlarımız var ki, İŞİD kimyəvi silahı bizə qarşı istifadə etmək niyyətindədir”, - Klepper Münhen Təhlükəsizlik konfransında deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri