12 
Fev
2016
23:49
40
131
2310
Virtual karabakh

Putini mühakimə etməyəcəklər

12 Fev, 2016
23:49
2310

Putini mühakimə etməyəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə Navalnının iddiasına baxmaqdan imtina edib.

Moskvanın “Tverskoy” məhkəməsi müxalifətçi Aleksey Navalnının Rusiya prezidenti Vladimir Putinə qarşı şikayət ərizəsinə baxmaqdan imtina edib.

Oxu.Az RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə məhkəmənin mətbuat katibi Anastasiya Dzürko bildirib.

“Məhkəmənin qəbul etdiyi qərara əsasən, Aleksey Navalnının Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı iddiasına baxılmaqdan imtina olunub”, - A.Dzürko deyib. 

Qeyd edək ki, Navalnının fikrinə görə, Rusiya prezidenti, 2015-ci ilin oktyabrında SİBUR şirkətinə Milli Rifah Fondundan vəsait ayırarkən maraqların münaqişəsinin olduğunu bildirmədiyi üçün  “Korrupsiyaya qarşı fəaliyyət haqqında” federal qanunu pozub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri