29 
Fev
2016
08:55
214
23
10663
Virtual karabakh

Leonardo Di Kaprio “Oskar” aldı

29 Fev, 2016
08:55
10663

Leonardo Di Kaprio “Oskar” aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlin ən yaxşı filmi “Diqqət mərkəzində” oldu.

Hollivudda “Oskar” Kinematoqrafiya sənəti və elmi Akademiyasının mükafatının təqdimetmə mərasimi başa çatıb. 

Oxu.Az xəbər verir ki, aktyor Leonardo Di Kaprio “Sağ qalan” filmində “Ən yaxşı kişi rolu” nominasiyasında “Oskar”a layiq görülüb.

Kinoakademiklər “Sağ qalan” filminin rejissoru Alexandro Qonsales İnyarritini də mükafatlandırıblar. O, “Ən yaxşı rejissor” nominasiyasına görə mükafatlandırılıb.

“Ən yaxşı qadın rolu” nominasiyasında mükafat Bri Larsona “Otaq” filmindəki roluna görə verilib.

“Ən yaxşı saundrek” nominasiyasında italiyalı bəstəkar Ennio Morrikone, Kventin Tarantinonun “İyrənc səkkizlik” filmindəki işinə görə “Oskar”a layiq görülüb.

“Xarici dildə ən yaxşı film” nominasiyasında mükafatı macar rejissoru Laslo Nemeşin “Saulun oğlu” filmi layiq görülüb. 
Rejissor Corc Millerin “Dəlisov Maks: Qəzəb yolu” filmi altı “Oskar” alıb.

Film on nominasiyada təqdim edilmişdi.

Film “Ən yaxşı quruluşçu-rejissor işi” (Kolin Gibson və Liza Tompson), “Ən yaxşı kostyumlar” (Cenni Biven), “Ən yaxşı montaj” (Marqaret Siksel), “Ən yaxşı qrim və saç düzümləri” (Lesli Vanderlout, Elka Vardeqa, Demian Martin), “Ən yaxşı səs”, “Ən yaxçşı montaj səsi” nominasiyalarında mükafata layiq görülüb.

Tom Makkartinin “Diqqət mərkəzində” filmi ilin ən yaxşı filmi nominasiyasında “Oskar”a layiq görülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri