29 
Fev
2016
20:59
42
590
61011
Virtual karabakh

Əlində kəsilmiş uşaq başı tutan hicablı qadın saxlanıldı – YENİLƏNİB + FOTO

29 Fev, 2016
20:59
61011

Əlində kəsilmiş uşaq başı tutan hicablı qadın saxlanıldı – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azyaşlının ölümünün ilkin səbəbləri məlum oldu.

LifeNews Moskvada dörd yaşlı uşağın ölümünün ilkin səbəblərin öyrənib.

Telekanalın məlumatına görə, ilkin ekspertizanın nəticəsinə əsasən, dayə azyaşlı qızın başını kəsməzdən əvvəl onu boğaraq öldürüb.

“Uşaq, çox güman ki, yatdığı zaman öldürülüb. Müəyyən olunub ki, onun başı qətlə yetirildikdən sonra mətbəx bıçağı ilə kəsilib”, - telekanalın istintaq orqanlarındakı mənbəsi bildirib.

Mütəxəsisslər qeyd ediblər ki, ölümün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.

17:51

Moskvada uşağın başını kəsmiş dayənin kimliyi müəyyən edilib.

Oxu.Az “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, bu əslən Özbəkistanın Səmərqənd vilayətindən olan 38 yaşlı Gülçöhrə Bobokulovadır.

Gülçöhrə Bobokulovanın Rusiyada qanunsuz işlədiyi bildirilir.

Qeyd edək ki, Bobokulova 4 yaşlı qızı öldürdükdən sonra onun başını kəsib və “Narodnoye Opolçeniye” küçəsində yerləşən mənzili yandırıb. Daha sonra əlində uşağın kəsilmiş başı ilə “Oktyabrskoe pole” metrostansiyasına gedərək ətrafdakıları özünü partladacağı ilə hədələyib. Bobokulovanı polis əməkdaşları saxlayıb. 

14:29

Moskvada mənzildə yanğından sonra başsız bədəni tapılan uşağın qətlində şübhəli bilinən qadın metrostansiya yaxınlığında saxlanılıb.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə rəsmi nümayandəsi Yuliya İvanova bildirib.

“Moskvanın “Oktyabrskoye pole” metrostansiyası yaxınlığında uşağı qətlə yetirməkdə şübhəli bilinən dayəsi saxlanılıb”, - İvanova bildirib.

Uşağın kəsilmiş başı əlində olan hicablı qadın ətrafdakıları özünü partlatlmaqla hədələyib.

Yanğın fevral ayının 29-da Narodnoe Opolçenie küçəsində yerləşən hündürmərtəbəli binada səhər saatlarında baş verib. Yanğınsöndürənlər alovu dəf ediblər. Dörd nəfər xilas edilib. Hadisə yerində tapılmış başı kəsilmiş uşağın 3-4 yaşı olub.

İlkin məlumata görə, uşaq öldürülüb, mənzil isə bilərəkdən yandırılıb. İstintaq Komitəsi baş verənlərə dair araşdırmaya başlayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri