25 
Mar
2016
15:26
53
119
4400
Virtual karabakh

Türkiyənin məşhur telekanalı bağlanır

25 Mar, 2016
15:26
4400

Türkiyənin məşhur telekanalı bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumilikdə telekanalda ixtisarlar 1-2 ay davam edəcək.

Türkiyənin məşhur idman telekanallarından biri bağlanır.

Oxu.Az “Vatan” qəzetinə istinadən xəbər verir ki, “Doğuş” yayım qrupunun sahib olduğu “NTVSpor” telekanalının bağlanmasına hazırlıq başlanıb.

Telekanalın bir müddətdir zərərlə çalışması səbəbindən öncə işçilərin əhəmiyyətli qismi ixtisar ediləcək, daha sonra isə telekanal tamamilə bağlanacaq. 

İlk olaraq “NTVSpor”un tanınmış simalarından Özgür Buzbaş, Irmak Kazuk, Ali Ece və Burcu Hakyemez Dal ilə birlikdə 30 nəfər işdən çıxarılıb, bununla bağlı həmin şəxslərə dünən və bu gün müvafiq əmr təqdim edilib. Ümumilikdə telekanalda ixtisarlar 1-2 ay davam edəcək, bu prosesin yekununda isə “NTVSpor”un yayımı tamamilə dayandırılacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri